Bakıda qadın 9-cu mərtəbədən yıxıldı
Qadının intihar edib-etməməsi araşdırılır
31 Mart 2015 12:42 KriminalBakının Suraxanı rayonunda qadın özünü yaşadığı binadan atıb. Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsinin müstəntiqi Xaliq Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Hövsan qəsəbəsində bir nəfərin hündürlükdən yıxılması barədə məlumat daxil olub. Daxil olan məlumata əsasən hadisə yerinə gedən polis əməkdaşları bir qadının 9-cu mərtəbədən yıxıldığı müəyyən ediblər. İlkin məlumatlara görə, qadın intihar edib. Lakin qadının kimliyi və hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31