Bakıda çoxmərtəbəli bina yandı: 20 nəfər təhlükədə
Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
31 Mart 2015 10:44 KriminalBakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binada yanğın olub.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, binanın birinci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı binadan 20 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib.
Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31