Dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun məhkəməsi başlayıb
30 Mart 2015 18:01 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə aprelin 7-nə təyin edilib.
Qeyd edək ki, M. Bayramov bir müddət əvvəl saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir. Onu da qeyd edək ki, Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP-dən namizədliyi irəli sürdüyü üzvü olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31