Azərbaycanda məmur oğlu həbs edildi
Zərdab rayon icra başçısının birinci müavininin oğlu avtomobili içkili idarə etdiyinə görə həbs edilib
30 Mart 2015 16:02 KriminalZərdab rayon icra hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. Anspress-in məlumatına görə, İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib. Martın 27-də C. Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31