Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub
30 Mart 2015 15:35 KriminalSumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsı 16 kv.m olan 1 otaqlı mənzilin hamamında lambirdən ibarət tavanı 1 kv.m sahəsı və 1 ədəd suqızdırıcısı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31