Azərbaycanda məmur göldə batıb
29 yaşlı Soltanov Ağalar balıq tutarkən ölüb
30 Mart 2015 13:05 KriminalŞabran rayonunda dövlət qulluqçusu bədbəxt hadisə nəticəsində ölüb.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Şabran rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi 1986-cı il təvəllüdlü Ağalar Mürsəl oğlu Soltanov göldə boğulub.Hadisə dünən axşam Daşlıyataq kəndində qeydəalınıb. Ağalar Soltanov əmisinin şəxsi təsərrüfatındakı göldə balıq tutarkən qeydə alınıb.Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31