Aşıq Zülfiyyə avtomobil qəzası keçirib
28 Mart 2015 16:02 KriminalMilli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Öz aramızda" verilişində xəbər verib.Canlı yayıma gələrkən saz ifaçısının idarə etdiyi "Mercedes-Benz S-Class" markalı avtomobil başqa bir maşınla toqquşub: "Səhhətimdə heç bir problem yoxdur, salamatçılıqdır. Qəza Binəqədi rayonu ərazisində oldu. Günah məndə yox, qarşıdan gələn xanımda idi. Çox sürətlə gəlirdi, idarəni itirdi, avtomobilimi kənara çəkdim ki, əyləci basıb, maşını saxlasın.Amma edə bilmədi, nəticədə mənim maşınım yol kənarındakı daşa çırpıldı, xanım da gəlib vurdu. Məndə "S-Clas" idi, xanımda cipdir. Maşınıma güclü ziyan dəyməyib. Xanımın avtomobili pis vəziyyətə düşüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31