"Dəli Samir" həbs edildi

Onun üzərindən avtomat və narkotik vasitə götürülüb

Bakıda kriminal avtoritet həbs edilib.Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Nuşirəvan oğlu Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.Polisdən, həmçinin bildirilib ki, S.Aslanov dəfələrlə məhkumluq həyatı yaşayıb və onun kriminal aləmlə yaxın əlaqələri olub.S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31