Təcavüzə uğrayan qadının inanılmaz intiqamı

Təcavüzkarı öldürən qadın daha sonra meyiti atəşə verib

Türkiyədə təcavüzə uğrayan qadın ağlasığmaz əmələ əl atıb.ANS PRESS-in məlumatına görə, Kastamonu şəhərində təcavüzə məruz qalan qadının intiqamı acı olub. Təhqir olduğunu düşünən qadın təcavüzkarı amansızcasına qətl edib.Belə ki, 34 yaşındakı Murat Çodurun əllərini arxadan bağlayan gənc qadın onu 60 yerindən bıçaqlayıb. Qadın təcavüzkarı öldürüldükdən sonra meyitini atəşə verib. Ətrafdakı qonşular evdən tüstü çıxdığını görüblər. Hadisə baş verən mənzilə daxil olan qonşular Murat Çodurun yanmış meyiti ilə qarşılaşıblar.Polis tərəfindən saxlanılan gənc qadın 4 uşaq atası Çodurun ona təcavüz etdiyini söyləyib. Qadın bu səbəbdən təcəvüzkarı öldürdüyünü etiraf edib.Daha sonra məhkəməyə çıxarılan 23 yaşı qadına ömürlük həbs cəzası verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31