Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı yanğınla bağlı məlumat yaydı

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində ümumi sahəsi 2400 kv.m olan "Məişət Malları" ASC-nin çənlər parkının ərazisində yanacaq və xammal saxlanılan çənlər yanıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə,  yanğına 3-cü təhlükəlilik dərəcəsi verildiyindən əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən çox canlı qüvvəsi və 45 ədəd texnikası həmçinin, 2 ədəd yanğınsöndürən helikopter cəlb olunub. İlkin məlumata əsasən, yanğın nəticəsində 3 nəfər ölüb. Ehtimala görə, yanğın qaynaq işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Yanğın saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırma aparılır. Araşdırmaların nəticələri yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31