Dəhşət: ata və anasını doğrayıb bişirdi

Çinin Honkonq şəhərinin sakini, 31 yaşlı Henri Çau Hoy-Lenin məhkəmə prosesi başa çatıb.
Onun 63 yaşlı anası Syu Yet Yini və 65 yaşlı atası Çau Vin Kini xüsüsi amansızlıqla qətlə yetirməsi sübuta yetirilib.
 
Milli.Az Habertürk-ə istinadən bildirir ki, Henri Çau Hoy-Le atasını və anasını bıçaqlayaraq qətlə yetirəndən sonra onları doğrayıb, ətlərini sümüklərindən ayırıb, axırda da mikrodalğalı sobada bişirib.
 
Manyak oğul ömürlük həbs cəzası alıb.
Ailənin böyuk oğlu Çau Hoy Yin atası ilə anasını evdə görməyəndə narahat olub.
 
Valideynlər Henri Çaunun mənzilində yaşayırdılar. Çau Hoy valideynlərinin harada olduqlarını kiçik qardaşından soruşanda "yeni ev almışam, ona baxmağa gediblər, hələ qayıtmayıblar" cavabını eşidib.
 
Şübhələnən Çau Hoy polisə xəbər verib.
 
Henri Çaunun mənzilində axtarış aparılanda onun atası və anasının kəsik başları soyuducuda, polietilenə bükülmüş vəziyyətdə tapılıb.
 
Milli.Az
 

Böyütmək üçün şəkillərə klikləyin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31