"Eurovision" qalibi imicini dəyişdi (FOTO)
Müğənni ilk fotosunu sosial şəbəkədə paylaşıb
25 Mart 2015 12:12 Kriminal"Eurovision"nun ötən ilki qalibi olan "saqqallı qadın" imicini dəyişib.
ANS PRESS-in məlumatına görə, Avstrya təmsilçisi mahnı müsabiqəsinin builki buraxlışına hazırlaşmağa başlayıb. Buna görə də yaza o görünüşünü dəyişməklə başlayıb.
Konçita ilk olaraq saç düzümündə dəyişiklik edib və tel kəsdirib. İlk fotosunu isə sosial şəbəkədəki səhifəsində paylaşıb.
O, fotonu "Sabahınız xeyir" Hamıya gözəl gün arzu edirəm" şərhi ilə paylaşıb.
"Saqqallı qadın"ın yeni görüntüsü onu izləyənlərin çox xoşuna gəlib. Belə ki, transvistit müğənni minlərlə bəyənmə qazanıb.
Xatırladaq ki, əsl adı Tom Noyvirt olan Konçita "Rise Like a Phoenix" (Simurq quşu kimi yüksəl) mahnısını ifa edib. O, 290 balla birinci olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31