Tiflisdə yanacaqdoldurma məntəqəsinə basqın olub

Tiflis. Nizami Məmmədzadə - APA. Ötən gecə Tiflisin Quramişvili küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, basqın zamanı iki nəfər - yanacaqdoldurma məntəqəsinin meneceri və operatoru yaralanıb.

 

Hadisə yerinə təcili yardım maşını gəlib, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Gürcüstan CM-nin 118-ci maddəsi ilə (qəsdən bədənə ağır xəsarət yetirmə) cinayət işi açılıb. İsti izlərlə hadisəni törədən şəxs yaxalanıb. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu şəxs əvvəllər məhkumluq həyatı keçirən 1993-cü il təvəllüdlü Zurab U. adlı gürcüdür.

 

Qeyd edək ki, yanacaqdoldurma məntəqəsi "SOCAR Georgia" şirkətinə məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31