Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib
24 Mart 2015 12:26 KriminalBakı. Fuad Cəfərov - APA. Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 24-də Şüvəlan qəsəbəsi ərazisində Aysən Həsənov idarə etdiyi "İnfiniti" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Martın 19-da Nərimanov rayon Məhkəməsi tərəfindən A.Həsənov İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 25 gün müddətinə həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31