Türkiyədə azərbaycanlı heroindən komaya düşərək öldü
24 Mart 2015 11:55 KriminalTürkiyədə azərbaycanlı narkotikdən komaya düşərək ölüb. Lent.az-ın haberler.com-a istinadən məlumatına görə, İstanbulda yaşayan 1978-ci il təvəllüdlü İkram Zalov qardaşını görmək üçün Bursaya gedib.
Hamama girən İ.Zalovun çıxmadığını görən yaxınları onu huşsuz vəziyyətdə tapıblar. Xəstəxanaya aparılan İ.Zalovu xilas etmək mümkün olmayıb. Onun üzərindən heroin çıxıb. İ.Zalovun heroindən istifadə etdiyi üçün komaya düşdüyü ehtimal olunur.
Faktla bağlı araşıdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31