Sumqayıt partlayışı qurbanlarının sayı dəqiqləşdi
Hadisə zamanı xəsarət alanların sırasında FHN işçiləri çoxluq təşkil edir
18 Sentyabr 2012 11:34 KriminalSumqayıtda yerləşən Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş vermiş yanğında xəsarət almış insanların sayı dəqiqləşib. Sumqayıt şəhər səhiyyə şöbəsinin mətbuat xidmətinin başçısı Bərxudar Məmmədovun verdiyi məlumata görə, partlayış zamanı 2 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb."Həlak olan iki nəfər birbaşa qaynaq işi ilə məşğul olurmuş. Bir nəfər polis işçisinin də ayağı burxulub. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə xidmətinin 8 nəfər işçisi isə dəm qazı ilə yüngülvari zəhərlənib. Bir nəfər FHN işçisinin göz qapağı ütülüb və buna görə də göz həkiminə müraciət edib. Xəsarət alanlar hamısı evə buraxılıb",- deyə Bərxudar Məmmədov vurğulayıb.Xatırladaq ki, ötən gün saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş vermiş və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlamışdır. anspress