Bakıda güclü yanğın, ölən var
FHN: "3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb"
23 Mart 2015 10:11 KriminalANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı evdən 1959-cu il təvəllüdlü Məmmədov Hacı Məhi oğlunun yanmış meyiti aşkarlanıb.
Evin zirzəmisində yerləşən qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31