Azərbaycanda özəl klinikada ana ölümü baş verib
21 Mart 2015 11:44 KriminalBakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib.Trend-in əldə etdiyi məlumata görə, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-"Astoriya" Tibb Mərkəzində baş verib.Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib."Astoriya" Tibb Mərkəzindən hadisənin olmasını təsdiqləyiblər . Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31