Binəqədidə evdə yanğın olub
İki nəfər xəsarət alıb
20 Mart 2015 16:33 KriminalBakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında ev əşyaları 5 kv.m sahədə yanıb, yüksək temperaturdan 1 ədəd televizor əriyib.
APA-nın FHN-in saytına istinadın verdiyi məlumata görə, yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.
Ev sahibinin həyat yoldaşı isə yüngül yanıq xəsarəti alıb, ona yerində ilkin tibbi yardım göstərilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31