Partlayışda ölənlərin kimliyi araşdırılır
18 Sentyabr 2012 01:08 KriminalSumqayıtda baş vermiş yanğında ölən insanın adı açıqlanıb. Trend-in hadisə yerində olan müxbirinin məlumatına əsasən, olənin adı Elman Səfərovdur. Hal-hazırda onun zavodun əməkdaşı və ya yanğınsöndürənin olması dəqiqləşdirilməyib.Sumqayıtda baş vermiş yanğın hələ də söndürülməyib. Bu barədə Trend-in hadisə yerində olan müxbiri məlumat verib. Zavodun ərazisində saxlanılan oddan təhlükəli və tezalışan maddələrin səbəbindən yanğın vaxtaşırı güclənir, və alovu söndürmək hələ də mümkün olmur. "OLAYLAR"ın hadisə yerində olan əməkdaşının sözlərinə görə isə ölənlərin əksəriyyətini çıxarmaq hələlik mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31