Suraxanı rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Günəşli qəsəbəsi Q yaşayış massivi ev 24, mənzil 26-da yaşayan 1977-ci il təvəllüdlü Abışova Xəyalə Famil qızı özünü asaraq intihar edib. 38 yaşlı qadın özünü xalatının kəməri ilə asıb. Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31