Martın 15-də Gəncə şəhərində şəhər sakini Rüstəm Sadıqov və Göygöl rayon sakini Şirxan Abdullayev qısqanclıq zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Xəsarət almış hər iki şəxs xəstəxanaya yerləşdirilib. İlkin araşdırma zamanı bəlli olub ki, hadisə qısqanclıq zəminində baş verib. Faktla bağlı Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31