Balakəndə 5, Yevlaxda 4 otaqlı ev yanıb

Balakən rayonu, Qaysa kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 108 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin, Yevlax rayonu, Aşağı Bucaq kəndində, 2 ailəyə məxsus, taxta konstruksiyalardan ibarət ümumi sahəsi 128 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik ümumi sahəsi 80 kv.m olan ev yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31