Axtarışda olan 31 nəfər tutulub
13 Mart 2015 16:57 KriminalRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb ki, onların da 35-i "isti izlər"lə açılıb. Bu barədə DİN-dən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 31 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 9 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31