Sumqayıtda binada yanğın həyəcanı: 6 nəfər təxliyə olundu
13 Mart 2015 15:44 KriminalSumqayıtda yaşayış binasında həyəcan yaşanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində 8 ədəd elektrik sayğacı və vətəndaşa məxsus 1 ədəd qaz sayğacı yanıb. Digər sayğaclar yanğından mühafizə olunub və yuxarı mərtəbələrdən 6 nəfər təxliyyə olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31