Qazaxda mənzildə partlayış baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Aslanbəyli kəndində yaşayan Abdulla Qasımovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə evin pəncərə çərçivələri dağılıb. Xəsarət almış A. Qasımov xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31