Qadına xəsarət yetirən Bakı sakini tutuldu

Martın 11-də Aygün Xəlilovaya bıçaqla xəsrət yetirmiş Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aygün Xəlilovaya bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini İsmayıl Nağıyev saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31