Bakıda kişi keçmiş xanımını polisə verdi
13 Mart 2015 12:04 KriminalBakıda kişi boşandığı arvadından polisə şikayət edib. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Əmircan qəsəbəsi Pravda küçəsində yaşayan 1977-ci il təvəllüdlü E.A Polis Bölməsinə müraciət edərək keçmiş həyat yoldaşından şikayət edib.
O bildirib ki, evdə olmadığı vaxt keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü S.A-nın onun yaşadığı evə pəncərədən keçərək gödəkcəsinin cibindən 722 manat pul, sürücülük və şəxsiyyət vəsiqələrini oğurlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31