Kazanda ticarət mərkəzində yanğın zamanı ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları da var

Rusiyanın Kazan şəhərində "Admiral" ticarət mərkəzində baş verən güclü yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da olub. Bu barədə Trend "TASS" agentliyinə istinadən xəbər verir.Məlumata görə, xəsarət alan 55 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.Ölənlər arasında Azərbaycan vətəndaşlarının sayı barədə isə məlumat yoxdur.Ölənlərin sayı 10 nəfərə çatıb, 25 nəfərin dağıntılar altında qaldığı güman edilir.Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.Binada olan 650 nəfər xilas edilib.Faktla bağlı cinayət işi qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31