Vintaçanla qətl törədən gənc MƏHKƏMƏ QARŞISINDA
12 Mart 2015 18:30 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Orxan Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 16-a təyin edilib.
Qeyd edək ki, qətl keçən il iyulun 7-də Zabratda baş verib. 22 yaşlı Bakı şəhər sakini Orxan Mehdiyev 30 yaşlı Andrey Vladimiroviç Tbiziyevi vintaçanla qətlə yetirib. Hadisəyə səbəb tərəflər arasında yaranmış münaqişə olub. İstintaqdan məlum olub ki, hər iki tərəf hadisə zamanı yolda avtomobil idarə edirmiş. Bu zaman yol vermək üstündə onlar arasında mübahisə yaranıb. Bir-birini nalayiq söyüşlərlə təhqir etdikdən sonda Orxan Mehdiyev avtomobilində olan vintaçanı götürərək Andrey Tbiziyevə hücum edib. Sonra da vintaçanı onun qarnına soxub. Zabrat yolu tıxac olduğundan yaralını xəstəxanaya vaxtında catdırmaq mümkün olmayıb. Nəticədə o, hadisə yerindəcə keçinib.