Ölümlə nəticələnən kütləvi davadan YENİ XƏBƏR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürmək, 2 nəfəri yaralamaqda təqsirli bilinən 1988-ci il təvəllüdlü İsmayıl Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 19-a təyin edilib.
Qeyd edək ki,  qətl keçən il iyulun 24-də Xaçmazda baş verib. Şəhər sakinləri Coşqun Cəbrayılov və onun qardaşı İsmayıl Cəbrayılov münaqişə zəminində həmyerliləri Elşən Əhmədova, Eyvaz Cəbrayılova və Emil İsayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıblar. Nəticədə Elşən Əhmədov hadisə yeridə ölüb,  Eyvaz Cəbrayılov və Emil İsayev xəstəxanaya yerləşdirilib. Bıçaq xəsarəti alan Eyvaz Cəbrayılov həmin iki qardaşın əmisidir. Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində Coşqun və İsmayıl qardaşları saxlanılıb. Məlum olub ki, Elşən Əhmədova bıçaq zərbəsi vuran 27 yaşlı İsmayıl Cəbrayılov olub. İ. Cəbrayılova  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, Coşqun və İsmayıl Cəbrayılov qardaşları əvvəllər də məhkumluq həyatı yaşayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31