Pornoqrafik disklərin satılmasının qarşısı alınıb
3 May 2012 15:49 KriminalMayın 1-də Bakıda pornoqrafik görüntülü disklərin satılmasının qarşısı alınıb. Lent.az-ın İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin saytına istinadən verdiyi məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1991-ci il təvəllüdlü, Bakı şəhəri Nəsimi rayonu, H.B.Əliyev küçəsi ev 1, mənzil 37-də pasport qeydiyyatında olan Zeynalov Azər Səfdər oğlunun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən "Playstation" internet klubunda 2 ədəd pornoqrafik görüntüləri olan diski satması faktı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31