Qəhrəmanovun ticarət mərkəzində ölənlərin sayı 30-a çata bilər

Kazanda ticarət mərkəzində baş vermiş yanğından sonra dağıntılar altında daha 25 nəfər qala bilər. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, onların arasında xilasedicinin olduğu da istisna edilmir.

Qeyd edək ki, azərbaycanlı iş adamına məxsus "Admiral" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb, 36 nəfər xəsarət alıb. Yanğın 4 min kv.m-lik ərazini əhatə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31