Günəşlidə dəhşətli olay: özünü 9-cu mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsi "V" massivində qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elman Faiq oğlu Mehdiyev özünü  yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Polisdən intihar edən şəxsin ruhi xəstə olduğu bildirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31