Piyadanı vurub qaçan qadın sürücü saxlanıb
12 Mart 2015 14:53 Kriminalİki piyadanı vuraraq hadisə yerindən qaçan qadın sürücü tutulub. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Abşeron rayonu ərazisində Maqsud Şəbiyevin ölümü, Nəsimi Əlövsətlinin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "QAZ-2752-104" markalı avtomobilin sürücüsü müəyyən edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində Bakı şəhər sakini Aynur Abdullayeva tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31