Fahişəxana aşkarlandı
Qadınları fahişəliyə cəlb edən kişi saxlanılıb
12 Mart 2015 14:10 KriminalQusar rayonunda fahişəxana işlədən kişi tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Qusar rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində kafelərin birində fahişəxana təşkil olunduğu məlum olub. Araşdırmalar zamanı kafenin Kiriq kənd sakini Mətləb Əmirov tərəfindnə işlədildiyi məlum olub. Məlum olub ki o, gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edib. Polis Mətləb Əmirovu yaxalayıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31