“DƏDƏMİN” avtoservisi maşınlarla birgə yandı
12 Mart 2015 12:13 KriminalBakı şəhəri, Xətai rayonunda vətandaşa məxsus ümumi sahəsi 250 kv.m olan "DƏDƏMİN" avtoservisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə avtoservisin yanar konstruksiyaları, içərisində olan, təmirə dayanmış sahibi məlim olmayan "NİSSAN" markalı minik avtomobilin yanar hissələri, "RANGE ROVER" markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri həmçinin, mağazada olan 2 ədəd "SUZUKİ" markalı və 3 ədəd "HARLEY DAVİDSON" markalı motosikletləri yanıb. Təmirə dayanmış "RANGE ROVER" markalı avtomobilinin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.