Gəncə sakinində odlu silah aşkar edilib
11 Mart 2015 16:38 KriminalDaxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da Elşən Xıdırova məxsus "Mercedes" markalı avtomobili qaçırmış Şərur rayon sakini Pünhan Məmmədov tutulub. Həmçinin Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayevdən nömrəsi oxunmayan baraban tipli tapança və 2 ədəd patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31