Qazax sakinindən narkotik vasitə götürülüb
11 Mart 2015 16:36 KriminalQazax rayon sakinində narkotik vasitə aşkar edilib.Daxili İşlər Bnazirliyindən verilən məumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Vəliyevdən 7,37 qram marixuana götürülüb. Ona məxsus "VAZ-2107" markalı avtomobilə baxış zamanı isə əlavə olaraq 8 kiloqram 10 qram marixuana da aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31