Avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin xilas edilib
11 Mart 2015 14:01 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yasamal rayonunda vətəndaşa məxsus "Nissan" markalı minik avtomobili işıq dirəyinə çırpılaraq aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31