Bakıda maşınla qadını vurub öldürən sürücüyə ağır qəza
11 Mart 2015 13:23 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Elman Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. Salahov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, keçən il avqustun 31-də Nəsimi rayonu S.Vurğun küçəsində Bakı şəhər sakini Elman Salahov idarə etdiyi "TOFAŞ" markalı avtomobillə yolu keçən paytaxt sakini Firuzə Şeyxovanı vurub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı 263-cü ( ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətmək) maddəsi ilə cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31