"McDonalds"ın mühafiçəsi müştərinin pullarını oğurlayıb

Bakının mərkəzindəki "McDonalds"da cinayət hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 10-da Nəsimi rayonu ərazisindəki "McDonalds"da Bakı şəhər sakini Almara Hüseynovanın çantasından 2500 manatı oğurlanıb.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, orada mühafizəçi işləyən Bakı şəhər sakini Vüsal Həsənov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31