Bakıda qadın özünü 8-ci mərtəbədən atmaq istədi
11 Mart 2015 11:34 KriminalBakı sakini intihara cəhd edib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dadaş Bünyadzadə küçəsi ev 15-də qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Samirə Zülfəli qızı Əliyeva ailə münaqişəsi zəminində özünü binanın 8-ci mərtəbəsindən atacağını bildirib. Əraziyə gələn Yasamal Rayon Polis İdarəsinin və 29-cu Polis Bölməsinin əməkdaşlarının apardığı profilaktik söhbət nəticəsində S.Əliyeva fikrindən daşındırılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31