Sərnişin avtobusu yanıb

Bakıda sərnişin avtobusunda yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xəzər rayonunda vətəndaşa məxsus "FORD" markalı sərnişin avtobusunun salon hissəsinin yanar konstruksiyaları, içərisinə yığılmış meyvə çərəzləri və 2 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31