Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tətəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31