Avtomobil təmir sexindəki avtomobillər yandı
6 Mart 2015 17:45 KriminalBakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus avtomobil təmiri servisinin ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ərazidəki "LEXUS" markalı minik avtomobilin salonu, yük hissəsi, arxa təkərləri, yaxınlıqda dayanmış yükqaldırıcı avtomobilin salonu və arxa təkərı yanıb. Yüksək temperaturdan salonun plastik qapısı deformasiyaya uğrayıb. Avtoservisin və avtomobilərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31