Kürdəmirdə qətl hadisəsi baş verib

Kürdəmir rayonunda odlu silahla qətl törədilib. DİN-dən verilən məlumata görə, Kürdəmir rayonunun Axtaçı Qarabucaq kəndində naməlum şəxs tüfəngdən atəş açaraq Axtaçı kənd sakini Neman Budaqova xəsarət yetirib. Nəticədə N.Budaqov hadisə yerində ölüb. Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Toğrul Bağırov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31