Qoyun oğruları ələ keçdi
6 Mart 2015 16:45 KriminalŞəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Vüqar Məmmədova məxsus 7 baş qoyunu oğurlamış rayon sakinləri Şamil Mabudov və əvvəllər məhkum olunmuş Nəzir Məmmədov tutulub. DİN-dən verilən məlumata görə, N.Məmmədovun yaşadığı evə baxış zamanı 16 ədəd avtomat patronu aşkar edilərək götürülüb. Ş.Mabudovun və N.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların martın 3-də Kiş kənd sakini Bəhruz Allahyarzadəyə məxsus yardımçı təsərrüfatdan 17 baş qoyun oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31