Kabel və rels oğruları yaxalanıb
6 Mart 2015 16:40 KriminalDaxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Biləcəri qəsəbəsində 4 metrlik relsi "KamAZ" markalı avtomobilə yükləyərkən Sumqayıt şəhər sakini Məhəmmədəli İsmayılov tutulub. Həmin gün Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Great Wall" şirkətinə məxsus konteynerdən 230 metr elektrik kabeli və 2 ədəd akkumulyator oğurlamış Salyan rayon sakinləri Zaur Rzayev, Adıgözəl Quliyev və Nurlan Əliqi tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31