Bakıda maskalı şəxslər qadının evinə soxuldular

Naməlum şəxslər qadını qorxudaraq dəyərli əşyalarını alıblar

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib. Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə gecə saat 4 radələrində Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Naizə Məmmədovanın evi qarət ediblər. Evə soxulan şəxslər qadını hədələyərək evdə olan pulu və dəyərli əşyaları aparıblar. Hadisədən sonra Nazilə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edilib. Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməindən ANS PRESS-ə verilən məlumata görə, hazırda quldurluq törədən şəxslərin kimliyi araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31